"Şərq bölgəsində rus işğalçıları irəliləməyə çalışır, kəndləri atəşə tutur, raket-bomba zərbələri endirirlər. Yerlərdə düşmən texnika və əsgər sayı baxımından üstünlüyə malikdir"
Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, Prezident Vladimir Zelenskinin müraciətində belə deyilir. Sitat: “Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız və dövləti müdafiə edən hər kəs şərqdə rus qoşunlarının ən qəddar hücumuna müqavimət göstərir... Bəzi yerlərdə düşmən texnikası, əsgərlərinin sayına görə bizdən xeyli üstündür. Rusiya hakimiyyəti bütün gücünü səfərbər edib, yaşlı insanların müqavilə xidmətinə cəlb edilməsinə icazə verdilər, yəni artıq gənclər kifayət deyil, amma hakimiyyətin döyüşmək arzusu hələ də qalır. Bu istəyi onlardan uzaqlaşdırmaq üçün hələ də vaxt lazımdır. Bizim hələ də tərəfdaşların köməyinə ehtiyacımız var, ilk növbədə Ukrayna üçün silah gərəkdir".
A.Məmmədli