Rusiya prezidenti Vladimir Putin sensasion qərar qəbul edib...

Belə ki, bundan sonra 65-dək  yaşı olanlarla müqavilə bağlanacaq və onlar orduya qəbul olunacaq, Ukrayna ilə döyüşə aparılacaqlar... Rusiya prezidenti Vladimir Putin artıq bu barədə Fərman imzalayıb. Tezadlar.az bildirir ki, bu barədə TASS-ın rus nəşri məlumat yayıb. Fərmanda bildirilir ki, Putin Rusiya Silahlı Qüvvələri ilə ilk müqavilənin bağlanması üçün yaş məhdudiyyətinin ləğvi haqqında qanun imzalayıb. Dövlət Dumasının saytında verilən məlumata görə isə indi insanlar əmək qabiliyyətli yaşın sonuna qədər (qadınlar üçün 60 yaş, kişilər üçün 65 yaş, - red.) müqavilə əsasında orduya xidmətə gedə biləcəklər. Rusiya Federasiyası Müdafiə Nazirinin müavini qeyd edib ki, Rusiyada hərbi xidmət üçün ilk müqaviləni 50 yaşına qədər bağlamaq mümkün olacaq. Əvvəllər Rusiya qanunvericiliyində nəzərdə tutulmuşdu ki, hərbi xidmət üçün ilk müqavilə 18 yaşdan 40 yaşa qədər olan vətəndaşlar və 18 yaşdan 30 yaşa qədər olan xarici vətəndaşlar tərəfindən bağlana bilər.

Məsələ aydındır: bu o deməkdir ki, Rusiyada Ukrayna ilə müharibəyə getmək istəməyənlərin kütləvi etirazları baş qaldırıb. Güman qalır yaşlı nəslin nümayəndələrinə... Yəni, döyüşə qocalar gedir...

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN