“Qarabağa (qondarma qurum – red.) ayrılan məbləğ sakinlərin bölgədə yaşamağa davam etməsi, yaşayış şəraitinin yaxşılaşması üçündür”. TEZADLAR.AZ xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib. Onun sözlərinə görə, hökumətin şərhi ilə bağlı məsələləri aidiyyatı qurumların öhdəsinə buraxmaq lazımdır. “Danışıqlar nəticəsində Qarabağın Azərbaycanın tərkibinə daxil ola biləcəyi təhlükələrini və ya riskini görürsünüzmü?” sualına Xaçatryan cavab olaraq qeyd edib: “Xahiş edirəm, bu sualları mənim Xarici İşlər Nazirliyində olan, ümumiyyətlə, məzmun və mahiyyət etibarilə hökumətin nöqteyi-nəzərini formalaşdıran həmkarlarıma verin”.

Xaçatryan bildirib ki, Azərbaycanın nə tələb etdiyi barədə şərh vermək istəmir. “Mən Azərbaycanın nə tələb etdiyi barədə şərh vermək istəmirəm, sizi əmin edirəm ki, hökumətin qərarları Ermənistan və Qarabağda yaşayan sakinlərin maraqlarını ən yaxşı şəkildə təmsil edəcək”, - deyə o əlavə edib.
ordu.az
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN