Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.
""RİA Novosti" "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yayıb", -deyə Nazirliyin məlumatında bildirilir.
Ümumiyyətlə, "Ria Novosti" 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistanın işğaılçı qüvvələrinə qarşı azadlıq müharibəsi apardığı zamanlarda belə Azərbaycan əleyhinə sətiraltı, bəzən isə açıq təxribatlara yol verirdi. Əksər vaxtlarda qondarma "DQR"ı respublika kimi təqdim edərək Azərbaycanın əsəbləri ilə oynayırdı... Şəxsən bu sətirlərin müəllifi olaraq dəfələrlə "Ria Novosti"nin elektron poçtuna etirazlarımı göndərmişəm, amma...
A.Məmmədli