Albaniya Milli Assambleyası Bayram Beqayı ölkənin yeni prezidenti seçib.

Bu barədə Radio Televizioni Shqiptar dövlət xidməti məlumat yayıb. (TASS)

Qeyd olunur ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Bayram Beqayın lehinə 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları olmaqla 78 parlamentari səs verib.

Beləliklə, B. Beqay iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra ölkənin səkkizinci prezidenti olacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN