Ukraynanın dörd tərəfində müharibənin getdiyi bir şəraitdə Türkiyənin, indi də İranın atəşkəs çağırışları səmərəsiz qalmaqdadır...

“Biz Rusiya Federasiyasının danışıqlar masasına oturmaq və bu müharibəni diplomatiya yolu ilə həll etmək istəyini görmürük”, -deyən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya tərəfi hələ də güc, münaqişə istəyir. Sitat: “Onları necə zəiflətmək olar? Bütün dünya bunu etməlidir. Biz onların ordusunu öz torpağımızda döyüşərək zəiflədirik. Biz onların ərazisində döyüşmürük, çünki biz terrorçu deyilik, biz müstəqil, ədalətli, çox normal insanların olduğu normal dövlətik”.

"Ukrainskaya pravda" yazır ki, Zelenski Ukrayna ordusunun rusları geri çəkilməyə məcbur edir və bunu davam etdirəcək. Lakin Ukrayna həm də sonadək mübarizə aparacaq və dünya ölkələrindən Rusiya Federasiyasına qarşı güclü sanksiya siyasəti gözləyir. "Biz müharibəni bitirmək istəyirik. Lakin bu müstəqilliyimiz bahasına olmamalıdır”.

Müharibə isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN