Azərbaycan və Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə edib, təkcə yolun 6 kilometrlik hissəsini razılaşdırmaq qalır.

Bu barədə Rusiyanın “İzvestiya” qəzetinə yüksək vəzifəli mənbə məlumat verib.

“Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərir ki, onlar sadə mühəndis həlli yollarını təklif etsin”, - deyə mənbə bildirib.

O qeyd edib ki, tərəflər arasında razılaşma Rusiyanın iştirakı ilə əldə olunub.

Avtomobil yolu Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar gələcək dəhlizin bütün xətti boyu qalıb və yalnız Ermənistanla Naxçıvanın sərhəd xəttindəki hissə qalır.

“Emənistan tərəfi bu ilin martında Bakının Tehranla Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisi ilə Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalamasından sonra danışıqlar prosesini sürətləndirib”, - deyə mənbə vurğulayıb.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA