HƏFTƏBECƏR
Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan “Space” telekanalında konsert çəkilişində olarkən ayağı libasının ətəyinə ilişərək yerə yıxılmağından danışarkən belə deyib: “O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi. Döş qəfəsimdə sınıq da var, çat da...”
P.S. Həkim yaxşı həkim olsaydı, müəyyən edərdi ki, Elzanın başında çoxdan zədə də var, çat da. Əgər Elzanın başında zədə olmasaydı ağlına və ağzına gələni hətta cəmiyyət içərisində adamın dilinə gətirməyə belə utandığı düşük, səviyyəsiz, gic-gici şeirlər yazmazdı. Başında zədə olmasaydı “Tüpürcəyim baldır mənim” deməzdi. Başında zədə olmasaydı, bu qədər el qınağına, haqqında yazılan bu qədər təhqirlərə, deyilən söyüşlərə əhəmiyyət verib özünü yığışdırardı və bu qulağından alıb, o biri qulağından ötürməzdi. Deməli, “toçnı” başında zədə var ki, xalq arasında özünü bu qədər biabır eləməzdi. Elzanın başında çox ciddi zədə olduğunu nəzərə alıb deyirik: - Allah şəfa versin!