Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan “Space” telekanalında konsert çəkilişində olarkən ayağı libasının ətəyinə ilişərək yerə yıxılmağından danışarkən belə deyib: “O qədər insanlar sənətimlə bağlı hücumlar edirlər, xoş olmayan sözlər deyirlər, bəd sözlərin enerjisi, bədxahlıq yıxdı məni. Şükür ki, başım, ayaqlarım zədələnmədi. Döş qəfəsimdə sınıq da var, çat da...”

P.S. Həkim yaxşı həkim olsaydı, müəyyən edərdi ki, Elzanın başında çoxdan zədə də var, çat da. Əgər Elzanın başında zədə olmasaydı ağlına və ağzına gələni hətta cəmiyyət içərisində adamın dilinə gətirməyə belə utandığı düşük, səviyyəsiz, gic-gici şeirlər yazmazdı. Başında zədə olmasaydı “Tüpürcəyim baldır mənim” deməzdi. Başında zədə olmasaydı, bu qədər el qınağına, haqqında yazılan bu qədər təhqirlərə, deyilən söyüşlərə əhəmiyyət verib özünü yığışdırardı və bu qulağından alıb, o biri qulağından ötürməzdi. Deməli, “toçnı” başında zədə var ki, xalq arasında özünü bu qədər biabır eləməzdi. Elzanın başında çox ciddi zədə olduğunu nəzərə alıb deyirik: - Allah şəfa versin!

***

Məlumata görə, 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin rüşvət üstündə həbs edilən əməkdaşları - Orxan Zöhrabov və Mirağa Ağayev bəraət alaraq həbsdən azad ediliblər.

P.S. Tamamilə haqlı qərardır, mən ölüm. A kişilər, gömrük hara, rüşvət hara? Gömrükdəkilər “rüşvət” sözünün heç “r” hərfini belə bilmirlər. Yenə “tamojnı”-zad olsaydı, dərd yarıydı. “Tamojnı”da rüşvətsiz bir kibrit belə keçirmək mümkün deyil. Burada işləyənlərin hamısını həbs etsən, yenə azdır. Çünki rüşvət “tamojnı”da işləyənlərin qanına işləyib. Amma gömrük işçilərininn hər biri aydan arı, sudan durudur. Dövlətçiliyə ən böyük zərbəni vuran gömrüyün... üzr istəyirəm, “Tamojnı”nın  işçiləridir. Ona görə də gömrüyün sabiq əməkdaşlarının bəraət alaraq azadlığa çıxması ədalətin təntənəsidir.

***

Bir qəzetdə  iki diqqət çəkən xəbər yan-yana verilib. 1. Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədova elm və təhsiln naziri E.Əmirullayevin əmri ilə 175 saylı uşaq bağçasının müdiri vəzifəsindən azad edilib. 2. Fəzail Ağamalının deputat qızı Günel Ağamalıyeva özünə məxsus uşaq bağçasını əşyaları ilə birlikdə 135 min manata satır. Hələ yaxşı ki, uşaqlarla bir yerdə  satmır.

P.S. Maraqlıdır, Oqtay Əsədov vəzifədə yoxdur deyə, xanımını işdən çıxartdılar. Ey gidi dünya... Günel Ağamalıyeva isə deputat olduğu üçün müdiri olduğu bağçanı atası Fəzail Ağamalının malı kimi satır. Çünki yaxşı bilir ki, deputat mandatından istifadə edərək, elə bağçanın ən azı 10 dənəsini əldə edəcək. Ona görə hamı bu deputat mandatı üçün sinov gedir dayna... 

***

Deputat Elman Nəsirov bir qəzetə verdiyi müsahibədə işğalçı Ermənistana Qərbin maliyyə yardımı göstərməsindən danışarkən belə deyib: “Ziyan çəkən biz, yardımlar isə Ermənistana axır”.

P.S. Axar dəə... Erməni milyonçuları öz milyonlarını Ermənistanın yolunda “uf” demədən xərcləyir. Bu pullarla xarici jurnalistlərı, deputatları, konqresmenləri, vəzifəli şəxsləri bizim əleyhimizə danışdırır və Qərb dövlətlərinin Ermənistana iri məbləğdə yardımlar ayrılmasına nail olurlar. Hətta Amerikada yaşayan erməni axçisi, porno-ulduz Kim Kardaşyan belə “min bir əziyyətlə” qazandığı pulu Ermənistana göndərir. Amma bizim daxili və xarici milyonçularımız isə milyonlarını sevgililərinə bahalı maşın, obyekt, villa alması ilə xoşbəxtcəsinə öyünürlər. Ona görə də ağzını açan hər hansı xarici bir vəzifəli və ya vəzifəsiz şəxs, heç Azərbaycanın harada yerləşdiyini bilmədən əleyhimizə danışır. Deməli, işğalçı Ermənistana axan yardımların günahı özümüzdədir.

***

fatimee

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə 418 min manata yenicə aldığı villasını nümayiş etdirib.

P.S. Adi bir rəqqasə, az qala yarım milyon manata villa ala bilərmi? Sonra da efirlərdə ağlaş qururlar ki, heç bir sponsorumuz yoxdur, “min bir əzab-əziyyətlə” pul qazanırıq. Sponsor olmadan 418 min manata villa almaq olarmı? Bax, indi maraqlıdır, görəsən, Fatiməyə zad eləyən, nədi onun adı, sponsorluq eləyən kimdir? Sponsorun funksiyasını da vaxtilə müğənni Rəqsanə çox dəqiq göstərmişdi.       

2020-ci ilin sentyabrın 27-i Zəfərə gedən yolun başlanğıcı kimi qəbul edilir.

P.S. 27 sentyabra həm də ermənilərin başına dəmir yumruğun enməsinin başlanğıcı da demək olar.

***

Məlum olduğu kimi, ötən həftə Suriya və Livanda İsrail tərəfindən, “Hizbullah”a yaxın şəxslərin “peycer”lərinin partladılması ilə 3 min nəfərə yaxın adam yaralanıb.    

P.S. “Hizbullah”ın terrorçularını “peycer” vasitəsi ilə yaraladılar, bu, məlum. Bəs bizdə şəhid ailələrinə bəzi vəzifəli şəxslərin diqqətsizlik göstərməsi ilə qaziləri intihara təhrik etməklə veteranları, ümumiyyətlə, adam yerinə qoymamaqla ürəklərini yaralayan “peycer”... üzr istəyirəm “peysər”lər, hansı terror təşkilatının üzvüdürlər?

***

Qəzetlərin birində erməni cinayətlərindən bəhs edən yazıya belə başlıq qoyulub: “Dünya Qarabağda erməni cinayətlərinə hələ də susur”.

P.S. Ona görə ki, bu cinayətləri faktlar və sübutlarla dünyaya car cəkməli olan bizlər də hələ susuruq.

***

Müğənni Nadir Qafarzadə qonaq olduğu “Rəngarəng” verilişində mədəni fəhlə olduğunu bildirərək belə deyib: “Baxmayın ki, mən bu verilişdə belə geyinib-keçinib oturmuşam. Mən mədəni fəhləyəm, işləyirəm, tər tökürəm, mən öz ailəmin, nəslimin fəhləsiyəm”.

P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, əgər sən etiraf edirsənsə ki, fəhləsən, onda sənin səhnədə nə işin var? Get fəhləliyini elə də, işlə, yer qaz, palçıq qarışdır, daş yüklə, divar hör, bir sözlə, özün dediyin kimi, tər tök. Bax, bu olardı əsl zəhmət təri, daha səhnədə hoppanıb-düşməyin təri olmayacaq. Bəli, sənin kimi sənətdən uzaq olanın biri gedib əsl fəhlə işləsə, indikindən daha artıq hörmət qazanar. Bir tərəfdən də deyirsən ki, mən öz ailəmin, nəslimin fəhləsiyəm. Bəs niyə demirsən ki, sənə bu şəraiti yaradan dövlətin, boğazından kəsib toylarda sənə 5-10 min manat verən xalqın, sənin belə kef içində yaşamağın üçün canından keçən şəhidlərin, qazilərin, veteranların fəhləsisən? Hansı şəhid ailəsinin, qazinin, veteranın toyunda pulsuz oxumusan? Heç birinin. Öz ailəsini, nəslini düşünən adam bu millətə yad bir ünsürdür. Sənə elə doğrudan fəhləlik yaraşır, vallah, bu sənət sənlik deyil.

***

ayannnn

Müğənni sayılan Ayan Babakişiyeva bir verilişdə pulu, işi-gücü, özünü saxlaya bilməyən  bəyləri evlənməkdən çəkinməyə, qadınları bədbəxt etməməyə çağırıb.

P.S. İndiki zamanda pulu, işi-gücü olmayan ancaq kasıblardır. Belə çıxır ki, kasıblar evlənməli deyil? Belə yerdə deyiblər e, danışığını yeyəsən. Kasıbla evlənən xanımlar özlərini çox xoşbəxt hiss edirlər və bu evlilik çox uzun ömürlü olur. Amma sənin kimi pula, var-dövlətə üstünlük verənlər, pullu kişilərin 5-ci, bəlkə də 6-cı sevgilisi olmağa belə hazırdılar. Gərək ki, hələ 2019-cu ildə bu sözləri sən demisən: “Dövlət məmuru, iş adamı sanki müğənni ilə sevgili olmağı, hətta bunu ətrafa bildirməyi xoşlayır...” İndi özün de, bədbəxt hansı qadınlardır? Kasıbla evənib, əl-ələ verərək uzun illər birlikdə yaşayanlar, yoxsa bir dövlət məmurunun, bir iş adamının neçənsisə sevgilisi olmaq?

ELÇİN

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN