"İllərdir fəaliyyət göstərirsiniz... İstəmirəm sizdən istifadə etsinlər. Verilişlər dəvət edib, istifadə edirlər. Az qazan, alnıaçıq ol. Kimlərinsə qarşısında başıaşağı olma".
Bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" proqramında Əməkdar artist Firuzə İbadovanın ünvanına deyib.
O bildirib ki, bəzi özəl televiziyalar müğənnini verilişlərinə çağırıb, onu "yazıq" kimi göstərib, əvəzində, reytinq qazanırlar: "Bir sənətkarı yazıq kimi göstərmək və qınağa çevirmək olar? O, bic olsaydı, 20 sot torpağını əlindən almaq olardı? Yarım milyon qiyməti olan torpağı əlindən alındı. Başını aldadıb qol çəkdirdilər. Halbuki indikilərin əlindən bir mikrofon almaq olmur".
Qeyd edək ki, "Günün sədası" proqramında F.İbadovanın şəraitsiz evdə yaşadığı nümayiş edilmişdi. Bu isə tənqid olunmuşdu.
E.ŞİRİNOV