Bir neçə ay öncə Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən azad edilmiş əməkdar mədəniyyət işçisi, Azərbaycan mətbəxini dünyaya tanıdan Tahir Əmiraslanov  

Milli Mətbəx Muzeyi üçün topladığı yüzdən çox mənbə, kitab və əlyazmalarını yandırıb.

 Kitablarını yandırması barədə paylaşımından sonra ona çoxsaylı suallar ünvanlanıb.

Məşhur kulinar səbəbi bu cür izah edib:

“"Bu gün İki post qoydum: Birində kitabımdan ədəbiyyatda oxşarı, bənzəri olmayan bir yazımı. 10 nəfər bəyənib. Heç rəy yoxdur. Digər postumda kitablarımın kiçik bir hissəsini yandırdığımı qoydum. 166 bəyənən nə 140-a yaxın şərh gəldi. Bir gözəl dostum Lənkərandan zəng elədi! O mənı anlamışdı.

Əzizlərim, siz oxumayacaqsınızsa niyə yazaq, niyə saxlayaq bu kitabları? Mənası nədir saxlamağın? Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:

  1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.
  2. "National geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir.  Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm".

Qeyd edək ki, Tahir Əmiraslanov Azərbaycan mətbəxinin inkişafında, mili mətbəxin toplanmasında,qorunmasında ,qədim xörəklərin bərpasında ,dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk azərbaycanlı mütəxəsisdir. Məhz onun təklifi əsasında 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılıb və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilib.

Bir müddət öncə isə O, həmin vəzifəsindən azad edildi. Həmin vəzifəyə isə tanınmış jurnalist Orxan Fikrətoğlu təyin edildi. Məşhur kulinar vəzidən azad edilməsi barədə belə bir açıqlama vermişdi:

 “Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa, sözlərimi yozmayın.

  1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
  2. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.
  3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.
  4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm mərkəz, həm assosiasiya müqaviləni dəstəkləyir.
  5. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik.  Başqa jurnalist yozmalarına inanmayın”, - deyə Tahir Əmiraslanov bildirmişdi.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN