Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-dən bildirilib ki, əvvəlcə qonaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar. MEK-in baş direktoru Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Onlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı burada toplanan nəşrlərə, məlumat bazalarına, Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərdən ibarət guşələrə baxıb, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində Ulu Öndərin həyatı, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərə diqqət yetiriblər.

Şirin Məlikova tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə “Heydər Əliyev İli” çərçivəsində hazırlanan “Heydər Əliyev-100” adlı illik təqvim təqdim olunub.

Sonra iki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşdə “Vikipediya”da xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışılıb. Xalçaçılıq terminlərinin, anlayışlarının xarici dillərə dəqiq tərcümələri, eləcə də ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlərdən olduğu qeyd edilib. Azərbaycan xalçaçılığının dünyada tanıdılmasında doğru təbliğatın aparılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bünövrəsi qoyulan bu əməkdaşlıq hər iki müəssisə üçün faydalı olacaq.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN