Artıq yaxşı nəticələr də əldə olunub

Aktiv həyat tərzi keçirən yaşlılar problemi olan gənc ailələr, gənclər, məktəb üçün cavabdehlik daşıyacaqlar.

Prezidentin fərmanı həm yaşlılar, həm də gənclər üçün stimul oldu.

"Mütəşəkkil olmayan" gənclər  Özbəkistanın hər bir məhəlləsində “Yaşlı nəslin bir nümayəndəsi on gəncə cavabdehdir” prinsipi ilə “zəngin həyat təcrübəsinə malik müasir düşüncəli fəal ahıl vətəndaşlar”a təhkim olunacaqlar.

Bu, prezident Şavkat Mirziyoyevin 11 mart tarixli “Yaşlı nəslin sosial fəallığının hərtərəfli dəstəklənməsi və artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında nəzərdə tutulub.

Həmin gənclərin siyahıları məhəllə gənclərinin rəhbərləri tərəfindən “Kəksalar Məsləhəti”  (Yaşlılar Şurası) qrupları ilə birlikdə tərtib ediləcək.

Hər bir təhsil müəssisəsinə də müvafiq ərazi üzrə “ziyalılar, sənətkarlar, sahibkarlar, fermerlər və digər sahələrin nümayəndələri arasından zəngin həyat təcrübəsinə malik” yaşlı nəslin nümayəndələri təyin olunur.

Bundan əlavə, ailələrdə harmoniya, əmin-amanlıq və firavanlığın təmin edilməsi məqsədilə “Yaşlı nəslin nümayəndələri hər bir ailə üçün cavabdehdir” layihəsi çərçivəsində hər bir problemli ailəyə bir nəfər “Kəksalar Məsləhəti” qrupunun üzvü ayrılır.

Həmçinin gənclər və ailələrlə işləyən ahıllar bu sahələrdə müsbət nəticələr əldə etdiklərinə görə “Nuroniy” Fondunun vəsaiti hesabına həvəsləndiriləcəklər.

 Qərarda qeyd olunur ki, ötən il “yaşlı nəslin həyat təcrübəsindən səmərəli istifadə edilməklə həyata keçirilən mədəni-maarifləndirmə tədbirləri nəticəsində” 155 minə yaxın profilaktik uçotda olan gənc sağlam həyat tərzinə qaytarılıb, 22 000 mindən çox ailənin boşanmasının qarşısı alınıb və 3 000-dən çox imkansız ailə barışdırılıb.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN