...İndiyə qədər bir sıra kitablarım çıxıb. Biri də 2006-cı ildə qələmə aldığım Azərbaycanın MilliQəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun – Fred Asifin nəzmə çəkilmiş həyat dastanıdır.
Tarixi, bədii, publisistik, poetik topludur bu əsər. Qəhrəmanın qardaşı Ədalətin xahişi ilə yazdım3 aya 280 səhifəni. Yazı prosesində “Bəsti-zaman” deyilən təsiri yaşadım. “Bəsti-zaman” zamanın bərəkətlənməsi ilə çox işin az vaxtda görülməsidir.
İçimi çölə çıxaran mövzuları xoşlayıram. Belə mövzular yaradıcılıq potensialımı daha çoxgerçəkləşdirir. Mövzunu elə doyumsuz eşq ilə sevirəm ki, ilahi bir köməyin fərli təzahürlərini dəyaşamaqdan doymuram. Mövzuda yaradılan obrazda simpatiya, empatiya əlaqələri telepatikünsiyyət yaradır. Təbii ki, usta qələmlər bu halı yaşayır.
Kitablarımın özətindən anlamışam ki, yaradıcılığımda üç xüsusi mövzu öncülləşib, müqəddəsləşib. Qarabağ-Vətən mövzusu. Bu, Fred Asifin obrazında sonsuzlaşır. Bakı, övliyamövzusu Mir Möhsün ağa obrazında yaranıb və davam edəcək. Və yəhudilik mövzusudur ki, ömrümün qalan hissəsini də onunla tamamlamağa görəvliyəm.
***
Məni tanımaq istəyən öncə özünü tanımalıdır ki, Allahını tanısın. Məhz buna görə də heç dəçoxlarının haqqında söz deməsini nə arzulamışam, nə də rəva görmüşəm. Kitablarımda, həttaredaktor rəyimə də ehtiyac duymuram nadir istisna ilə. Ancaq Milli Qəhrəman Fred Asifdənbəhs edən kitabımda onun qardaşının dostu gözəl şair Germanın əsərə redaktorluq etməsi razılığıiçimdən gəldi. Təqdimat mərasimini də 2006-cı ildə o, apardı.
Yaradıcılığım haqqında ən layiqli dəyəri 1992-ci ildə Təbrizin şair, fikir adamları, iş adamlarıverib. Qarabağ məsələsi ilə bağlı gizli səfərimdə 13 gün onların qonağı oldum. Xeyli pul təklifetdilər ki, ikicə il Təbrizdə onların arasında qalıb sonra dünyanın istənilən yerinə gedim. Təbiiki, təşəkkürlə imtina etdim təklifdən. Ancaq Təbrizin sözə, şeirə, sənətə bu qədər önəmverməsini heç unuda bilmədim.
Bakıda şeirə, sənətə həqiqi dəyər vermə halını Mir Möhsün ağa ziyarətgahının sədri Hacı NizamHəbib oğlunda gördüm. Bunlar ruhlanma, kamlanma məsələləridir. Unutmaq mümkün deyil.
***
10 iyun 2023. Fred Asifi doğan Məhluqə ananın dünyasını dəyişməyinin il mərasimi idi. İnsanharda olursa-olsun qabiliyyət və istedadları da onunla olur. Ağdamlılar torpaqlarından illəruzunu uzaq düşsə də, məlum qabiliyyət və bacarıqları ilə fərqlənirlər. İstər döyüşkənlik, istərticarət, istərsə də kədərlərində el gücü ilə birgə olmaq və sair qabiliyyətləri ilə.
Mərasim yeri günortadan axşam saatlarına qədər dəfələrlə dolub-boşaldı. Qəhrəman anasınınşəxsində rəhmət diləkləri ilə dualar oxundu. Ağdam hələlik viranə qalsa da ümidlərçiçəkləndirildi. Bu məclisdə ağdamlılığın, vətənsevərliyin sevincləri il mərasimi rəhmətləri iləiç-içə idi. Mərasimdə məmnuniyyətlərə bu yazının müəllifi kimi şahid və şərik idim. Çoxdangörmədiklərimlə görüşdüm. Gözlərim, qəlbim, içim sevindi. 15 il görmədiyim German daonlardan biri, xəyalımda, yaddaşımda sevgi, sayğılarla andığım xüsusi adam. Bu gözəl şairüzünü yaxınımızdakı yaradıcı insanlara tutub poetik yaradıcılığım haqqında olduqca yüksək, ancaq səmimi ifadələr işlətdi və əlavə etdi ki, dediklərimi bir neçə il öncə çap olunan kitabımdayazmışam. Ancaq yazdıqlarımdan Nizaminin xəbəri yoxdur. German biləndə ki, 2015-ci ildə“Yəhudilər” əsərim çıxıb, çox təəccübləndi. Son 8 il ərzində yəhudilərdən bir manat da olsunmaliyyə dəstəyi almadığıma isə heyrətləndi. Səmimi söhbətləşdik. Sözügedən əsərimi yəhudi(ibrit) dilinə çevrilməsinin vacibliyindən söz saldı və sairələr.
Ona yeni genişləndirilmiş nəşrin məsləhətçisi olmasını təklif etdim. Məmnunluqla telefonnömrəsini verib əlaqənin vacibliyi ilə bildirdi ki, qələminə bələdəm, İsrail səni tanıyacaq.
Bəli, təsadüfi heç nə olmur. Yəhudulikdən Germana elə mətləblər anlatdım ki, heç gözləmirdi. Bu yazıda toxunmuram.
SƏBR GÖZLƏMƏ GÜCÜNÜN ENERJİSİDİR
…Kiminsə gizli eybini vasitəyə çevirib şantaj etmək durumu yaratmaq böyük düşüncəyə ziddir. Zülmü zülümlə qarşılamaq da bir zülümdür. İdeolojini anlayıram, xoşlamıram, fikiryaradıcısıyam. Düşüncə standartlarının, qəliblərinin xaricinə çıxmağa meylliyəm, məqamındatərs psixolojini də sevirəm.
BİR YANDA SƏRMAYƏ XANƏDANLIĞI,
BİR YANDA DÜNYANIN ZIR NADANLIĞI.
2015-ci ildə “Uzaqları yaxından görənlər” (Yəhudilər) kitabının çapından sonra çox həqarətlərəməruz qaldım. Hətta Sion imzasına görə iki otaqlıq ata mənzilimdən şər-şantajla heç birməhkəmə qərarı olmadan məhrum edildim. Poetik desəm:
Mənə tanıtmaq üçün mərdi, namərdi,
Üstümə töküldü ömrümün dərdi.
Nə isə... Sevgili dediyin səni özünə aşiq edə bilən deyil, sənə özün olma imkanı tanıyandır. Həyatın qara günləri qara saçlarımda ağardı. Həyat məni elə sıxdı ki, suyu gözlərimdən, tüstüsübaşından çıxdi. Biri var anın, qısa bir zaman kəsiyinin qəhrəmanı olasan, biri də var həyatınıqəhrəmanlıq tərzində yaşayasan, Fred Asiflər kimi.
XOŞ BAXARSAN, XOŞA GƏLƏR,
BAXIŞLARIN BAŞA GƏLƏR.
Assosiasiya prinsipinə görə, insan özünü uğur haləsi ilə əhatə etməlidir. Necə pis xəbərin, münasibətin xüsusiyyəti onu gətirənə, yaradana yoluxursa, yaxşı xəbərin (münasibətin) xüsusiyyəti də onu deyənə, Yaradana yoluxur. Buna görə də insan özünü xoş xəbərlərləəlaqələndirməlidir.
“Sözü götürəcək sahiblərinə...”
Bu kitabın yazı və çap prosesində bir sıra anti-yəhudilər məni açıq və gizli, amma olduqcaşiddətli maddi, mənəvi, fiziki və s. sıxıntılara məruz qoydu. Onlar anlamadı ki, bu əsər həm dəbir vibrasiya yaratmaq üçün yazılıb. Yəni, çoxşaxəli məqsədlərdən biri də yəhudi əleyhdarlarınauyğun xatırlatmalardır. Müəlliflə razılaşmayanlar dünya gerçəkləri ilə razılaşmağa məhkumolacaq.
***
Sizə zülmün cəzasın zamanla Allah verəcək,
Peşkalar, matdı oyun, yəhudilər şah verəcək!
(“Uzaqları yaxından görənlər” 2015. səh.178).
Qloballaşma prosesi bütün təzahürləri də göstərib və göstərəcək ki, kitabın adı da, özü dəiçindəki fikirləri doğruldur və doğrultmaqda davam edəcək. Həqiqətən hər şeyin öz zamanı, hərzamanın da öz hökmü olur.
ŞÜURA ÇIX, ŞÜURA,
NEYLƏ MƏNİ DUYURA…
***
YƏHUDİLİK ƏFSANƏ, NƏ DƏ MİFDİR, O GERÇƏK, SEVGİLƏR DƏ SEVİLİB, YENƏDƏ SEVİLƏCƏK.
NİZAMİ SÜLEYMANOĞLU