“İdeyalar yalnız ideyalarla zərərsizləşdirilə bilər" -Onore de Balzak
...Amerikalı psixoloq və humanitar psixologiyasının banisi Abraham Maslounu tanıyanlar “Maslou piramidası” və ya onun “İnsan motivasiyasının nəzəriyyəsi” əsəri barədə bilgisi olanlar yəqin ki, çoxdur. O, bir dahi kimi humanist psixologiyanın tədqiqatı sahəsində əfsanəvi nəticəyə nail olub.
Abram Maslouya görə (Abram Samuiloviç Maslovun ailəsi XX əsrin başlanğıcında Rusyadan ABŞ-a immiqrasiya olunub) Avstriya psixoloqu və nevroloqu Ziqmund Freyd (tam adı Ziqismund Slomo Froyd) insanın yalnız qeyri- sağlam, xəstə tərəfini göstərdiyindən yaranmış boşluğu yaxşı cəhətlərilə doldurmaq lazımdır. İnsanlarda bu xoş cəhətləri axtarmaq məqsədi ilə Maslou yüksək keyfiyyətlərə və istedada malik insanları öyrənməyə başlayır, necə deyərlər, insanlığın müdrik və elit nümayəndələrini tədqiq etməklə məşğul olur. Tədqiqatına 18 nəfəri cəlb edir. Sırada tədqiqatçı psixoloqun çox yaxşı tanıdığı 9 nəfər həmyaşıdları, insanlığın seçilən nümayəndələrindən sayılanlar da olub. İkinci yarısı tarixi şəxsiyyətlər təşkil edib. Beləliklə, Maslounun yaxşı tanıdığı Benedikt Spinoza –yəhudi mənşəli Niderland filosofu, daha çox latın dilində yazan yeni dövrün filosofu; Abraam Linkoln-ABŞ-ın 16-cı Prezidenti; Amerika Xalqının milli qəhrəmanı, Respublikaçılar partiyasının nümayəndəsi, Tomas Ceferrson – ABŞ-ın 3-cü prezidenti, “İstiqlaliyyət Bəyannaməsi”nin müəlliflərindən biri, böyük siyasətçi, diplomat; Vilyam Ceyms-psixologiyada funksiyalaşma hərəkatının banisi, amerikan filosofu və psixoloqu; Albert Eynşteyn- amerika –alman və İsveçrə fizikaşünası, nəzəriyəçi alim, Nobel mukafatı laureatı; Ceyn Adams -Amerikalı xanım sosioloqu və filosofu, 1931-ci ildən Nobel mükafatı laureatı; Albert Sveytser-alman və fransız filosofu, həkim və musiqişunas, Nobel mükafatı laureatı; Oldos Xaksli-ingilis yazarı, novellalar müəllifi və filosofu; Rut Benedikt- Amerikalı xanım antropoloqu, Kolumbiya Universitetinin professoru.
Beləliklə, Maslounun məqsədi tədqiq etdiyi şəxslərdə “özünü aktuallaşdırma”- daxili keyfiyyətləri və bəzi gizli şəxsi potensialları aşkar etməkdən ibarət olub. Qısa zamandan sonra Maslou belə nəticəyə gəlir ki, istedadın böyük və ya kiçik həddə olması xeyirxahlıq və sağlamlıqla əlaqəli deyil. ”Biz, bu barədə az bilirik”,-deyir.
Maslounun bu sahədəki tədqiqatını-“Maslou işi”ni siyasətdə, filosofiyada- elmin digər sahələrində və ictimai fəaliyyətdə, habelə ədəbiyyatda “ingilab” sayanlar da olub. O, inqilabçıların bəzi hallarda ağılla hərəkət etməməsini təsəvvür etməkdə çətinlik şəkib. Bu mənada filosoflar haqqında əldə edilən bioqrafik məlumatlar italyan psixiatrı Çezare Lombrozonun kriminoloğiya elmində və antpologiya sahəsində “yenilik” hesab etdiyi insanların anadangəlmə cinayətkar olması –yanlış ideyasını xatırladırdı.
-Benedikt Spinoza doğma yəhudi icması ilə mübahisə etdiyindən oradan qovulmuş, avaraçılığa və tufeyli həyata duçar olmuşdu. Məqsədsiz -sərgədan həyat yaşamağa başlamışdı.
-Abraam Linkoln ağır əsəb gərginliyində yaşayıb, fizioloji depresiyada olub və hər zaman özünə qəsd – intihar etməsi barədə düşünüb.
-Vilyam Ceyms böyük alim hesab olunsa da, qoca yaşında düşkünlüyə məruz qalır, ruhlarla bağlı sirli seanslarda iştirak edib.
-Eynşteynin kiçik oğlu şizofreniya xəstəliyindən əziyyət çəkib, ailədə heç kim özündə olmayıb.
Beləliklə, ağıldan kəmlik, intiharlar və sair ruh düşkünlüyü əksər müttəfərkirlərin səhhətində yer alıb.
-Hepaklit Efesski-qədim yunan filosofu, dialektikanın tarixi və ya başlanğıc formasının yaradacısı tənginəfəslikdən əziyyət çəkərək dünyasını dəyişmişdir. Rəvayət edirlər ki, o, həmin xəstəlikdən qurtulmaq məqsədilə malın təzəyini isti-isti bədəninə yaxarmış, inanırmış ki, yüksək hərarətdən qurtulacaq.
-Sokrat-yunan mütəfəkkiri və filosofu qaça biləcəyi ölüm cəzası ilə razılaşmışdı. Həmin vaxta qədər böyük filosof dəfələrlə həyatını riskə atmışdı. Bu baxımdan hərəkətlərinə təəccüb etməyə dəyməz.
-Platon –Qədim Yunanıstanın klassik dövrünə aid filosofu, platon məktəbinin və Akademiyasının banisi – siyasətə qatılıb, tiranların məsləhətcisi olub, sonra onların köləsinə çevrilib və bir kölə kimi də alınaraq azad edilir.
-Zenon – Qədim Yunan filosofudur. Zenon Kitiyalı “Zenon məktəbi”nin banisi olub (Kiprdə anadan olub). Zenon bir cinayətdə iştirakına və digər iştirakçıları ələ vermək istəmədiyinə görə, dindirmə zamanı dilini dişləyərək qarşısındakı tiranın üzünə tüpürüb.
-Qədim Yunan filosofu Sinopski Diogen. Bu filosof haqda danışmağa adam xəcalət çəkir. Xalq qarşısında qatı hörmətsizliklə davam edən, iyrənc hərəkətlərə yol verib insanların üzünə tüpürüb. Böyük sərkərdə Makedonyalı İskəndərə: "Günəşin qabağından çəkil”,- deyərək onu kobudlamışdı. Qorxu hissi ilə yaşamayan bir adam olub.
-Qədim Yunan filosofu – Stoik. Romada kölə olub, sonralar sərbəst buraxılaraq fəlsəfə məktəbinin bünövrəsini qoyub.
-Qədim yunan filosofu Epiktet də Romada köləliyə məruz qalıb. Kölə filosofdan narazı qalan sahibi-ağasi onu cəzalandırmaq üçün ayağını burmağa başlayır. Filosoflaşmış kölə ağasına sakitcə: "Bir az yavaş, ayağımı qırarsan”. Bu xəbərdarlıq kölənin sahibinə kar etmir. Nəhayət, ayağı qırılan kölə filosof Epiktet:- “Sənə demədimmi sındırarsan, ehtiyatlı ol”. Köləsinin səbrinə və dözümlüyünə heyrət edən sahibi əməlindən üzülür...
Baxın, belə filosof kölələr də olub. Onun traktatları şagirdləri tərəfindən yazılıb və bu günə kimi saxlanılır.
XXX
Siyahı çox zəngindir. Dahilər həmişə özlərinin sosial pozitivliyi ilə sosial dünyanı yenidən qurmağa çalışıblar.
Andrey Dmitriyevic Saxarovu xatırlayaq: fizika üzrə böyük alim, akademik, su atomu nüvəsinin ixtiraçısı. Elmi ixtiralarına görə 3 dəfə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdü. Xarici görünüşünə görə o, qeyri- sağlam görünərdi. Xarakteri kommunist rejiminə qarşı durmağa əsla mane olmurdu. Saysız aclıq aksiyalarına başlamaq, xalq deputatları sovetinin qurultayında sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb etmək isə o zaman cəsarət tələb edirdi.
Neqativ sosial cəhətli dahilər ətrafın onlara qarşı aqressiyasını heç vaxt qəbul etmirlər, buna ürək ağrısı ilə yanaşırlar. Amma “dahilər”in əksəriyyətini yüngül fikirlərə uyan “onbirinci barmaq” da adlandırıblar... (Bax Andrey Kurpatov, “Troitsa” səh.225-232 Sankt Peterburq 2018-ci il).
Şəmsəddin Mənsuroğlu