Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “QONAQ TEATR” layihəsi 2023-cü ilin may ayından etibarən təqdim olunur.
Layihənin məqsədi bu il yubiley yaşı tamam olanteatrların (əsasən bölgə teatrlarının) tamaşalarını İttifaqın səhnəsində göstərməklə onların fəaliyyətini işıqlandırmaqdan, yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
Ötən teatr mövsümündə dörd teatr – Ağdam, Şəki, Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının kollektivləri tamaşalarını Teatr Xadimləri İttifaqınınböyük səhnəsində təqdim ediblər. Yeni mövsümdə isə növbəti dörd teatrın – Qazax və Lənkəran Dövlət Dram teatrlarının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Naxçıvan Dövlət Milli Musiqili -Dram Teatrının tamaşalarının İttifaqda göstərilməsi nəzərdə tutulub. 25 sentyabrda QazaxDövlət Dram Teatrı İttifaqın qonağı olub. Layihə çərçivəsində növbəti qonaq bu il bərpasının 50 illiyini qeyd edən Lənkəran Teatrıdır. 16 oktyabr 2023-cü il tarixdə saay 18.00-da teatr, dünya şöhrətli Çingiz Aytmatovun "Cəmilə" povesti əsasında, eyni adlı romantikdramını Bakı tamaşaçılarına təqdim edəcək. Tamaşanın quruluşçu rejissoruİmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Zəngin tarixi olan Lənkəran Dövlət Dram Teatrı 18 yanvar 1891-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk tamaşası Nəcəf bəy Vəzirovun "Oddan-alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası olub.
1930-cu ildən Hüseyn Ərəblinskinin adını daşıyan Lənkəran Teatrına uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib. 1949-cu ildən Xalq Teatrı kimi fəaliyyət göstərən Lənkəran Teatrı 6 dekabr 1973-cü ildən bərpa olunaraq, Dövlət Teatrı kimi fəaliyyətini davam etdirib. Butarixdə teatrın səhnəsində ilk tamaşa kimi Mirzə İbrahimovun "Yaxşı adam" komediyası göstərilib.
Həmin vaxtdan Nəcəf bəy Vəzirovun adını daşıyan Lənkəran Dövlət DramTeatrına Respublikanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə (1981-ci ilə qədər) rəhbərlik edib. 1976-cı ildə gənclərin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və Mixail Musiyenkonun "Nəsillər, eşidin" əsərinin tamaşasına görə teatr "Respublika gənclər mükafatı"na layiq görülüb.
Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasirnümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, birçox beynəlxalq teatr festivallarda ölkəmizi uğurla təmsil edir.
Azərbaycan səhnəsinə çox sayda maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzusu ilə
Aida QAFAROVA,
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi