“Muhteşem Yüzyıl”, “Küçük Kral”, “Qapımı döy” və “Kuruluş Osman” seriallarında oynadığı rollarla tanınan türkiyəli aktyor Burak Özçivit “Türk seriallarının musiqisi” film konsertində iştirak etmək üçün qatarla Sankt-Peterburqa gəlib.
Tədbir böyük Oktyabrski konsert zalında baş tutacaq. Özçiviti dirijor Andrey Medvedevin rəhbərlik etdiyi estrada simfonik orkestri müşayiət edəcək.
Kino konsertindən dərhal sonra aktyor pərəstişkarları ilə görüş keçirəcək. Gələn hər kəsin onunla şəxsən ünsiyyət qura bilməsi planlaşdırılır.
Xatırladaq ki, Özçivit bir müddət əvvəl Moskvada beşulduzlu otellərdən birinin foyesində bir tikə çörəklə qonaq edildiyi rus arağını bəyəndiyini demişdi. Orada tədbir zamanı GİTİS-in Musiqili Teatrın Titel fakültəsinin tələbələri sənətçiyə rus xalq mahnılarını ifa ediblər.
E.ŞİRİNOV