Daha çox "Köç" romanı ilə tanınan Xalq yazıçısı Mövlud Süleymanlı bu gün dünyasını dəyişib...

Bu barədə sosial mediada yazıçının oğlu Elay Süleymanlı məlumat verib. Oğlu bildirib ki, atası bir müddət əvvəl insult keçiribmiş: "İnsult keçirmişdi, 10 gün idi ki, komada idi. Təxminən yarım saat əvvəl dünyasını dəyişdi".

 Tezadlar.az xatırladır ki, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi də Xalq yazıçısı Mövlud Süleymanlının ailəsinə başsağlığı verib. Başsağlığında deyilir: "Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Görkəmli nasir, dramaturq, ssenarist, "Şöhrət", "Şərəf" ordenləri laureatı, Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib. Xalq yazıçısının ailəsinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik. Uca Tanrı rəhmət eləsin".

Allah rəhmət eləsin!

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN