Məlum olduğu kimi, İsveçrə təmsilçisi Nemo (Nemo Mettler) 68-ci "Avroviziya 2024" mahnı müsabiqəsinin qalibi oldu.

Belə ki, üçüncü turda finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq öz musiqi nömrələri ilə çıxəş ediblər.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Ancaq onlar finala vəsiqə qazana bilməyiblər.

Onu da qeyd edək ki, Azərbaycan 12 xalını İsveçrəni təmsil edən Nemoya verib.

Yeri gəlmişkən onu da bildirək ki, bu ilki "Avroviziya" mahnı müsabiqəsi insidentsiz ötüşməyib. Belə ki, Niderland finala vəsiqə qazansa da, yarımfinalda çıxışından sonra baş vermiş insidentə görə müsabiqədən uzaqlaşdırılıb.

Sonda onu da qeyd edək ki, "Avroviziya 2024" mahnı müsabiqəsinin qalibi İsveçrə oldu. İkinci və üçüncü yeri Xorvatiya və Ukrayna bölüşdü.

Adəti üzrə "Avroviziya 2025" mahnı müsabiqəsi qalib ölkə olan İsveçrədə keçiriləcək.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN