Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.
Bu barədə müğənninin qohumu Razim Qarayev bildirib.
O, S.Əlizadənin 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxduğunu deyib: "Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.
Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müğənninin müalicəsi davam etdirilirsə də, vəziyyəti ağırdır".
E.ŞİRİNOV