“Uzaq sahillərdə” filmində "Anjelika" obrazı ilə məşhurlaşan Aqniya Yelikoyeva vafat edib.

Çox sevilən bu filmin  məşhur və sevilən aktrisası 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aqniya ilk dəfə 1953-cü ildə "Moskvada bahar" filmində rol alıb. O, həmçinin “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet”, “Adam axtarıram”, “Məktəb direktorunun gündəliyi”, “Tarantula” kimi ekran işlərinə çəkilib.

Xatırladaq ki, “Uzaq sahillərdə” filmi Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir. 

"Uzaq sahillərdə" Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib. Filmdə Mehdi Hüseynzadə ("Mixaylo") roluna Nodar Şaşiqoğlu çəkilmişdi. Bu, Nodar Şaşiqoğlunun filmdə ilk işi olub.

 Film 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalının diplomuma layiq görülmüş və bəstəkar Qara Qarayev  filmin musiqisinə görə II mükafat verilmişdir. Film həmçinin Daşkənd kinofestivalının qalibi (1959) olmuşdur.

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.

Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə”  filminin çəkilişlərinə gəlib. O, aktyoru bəyənərək filmdə çəkmişdir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN