“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib.”

TEZADLAR.AZ xəbər verir ki, bunu apa-ya Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov bildirilib.

Ə.Həsənov qeyd edib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb:

“Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.

Direktor onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

Bu gün - mayın 5-də nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

***

 Xatırladaq ki, Mikayıl Müşfiq (Mikayıl İsmayılzadə)  5 iyun 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur.

O şairi, tərcüməçi və pedaqoq idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru olub.

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdəndir.  

Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan "Oxu, tar, oxu tar", "Qal, sənə qurban", "Sənin gülüşlərin", "Maralım", "Ana", "Küləklər", "Yenə o bağ olaydı" və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.

 Mikayıl Müşfiq cəmi 30 yaşında Stalin repressiyasının qurbanı olub. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Onu da əlavə edək ki, həbsindən bir müddət əvvəl onu bəzi qələm sahibləri – məslək yoldaşları tənqid atəşinə tutmuşdular.

Məsələn, dövrü mətbuatda Müşfiqə qarşı kəskin, qərəzli, hətta ifrat dərəcədə sərt tənqidlər təşkil olunur. Bu tənqidlər bəzən təhqirlərə də keçir. Haqsız hücumlara məruz qalan safqəlbli, genişürəkli, fitri istedad sahibi olan Müşfiq bu cür sərt tənqidlərə qarşı bədbinliyə qapılsa da, özünü ələ almağa çalışardı. Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarının birində Seyfulla Şamilov çıxış edərkən Müşfiqi kəskin tənqid etmişdir:

"Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır, bizim Sovet qəhrəmanları ilə maraqlanmır. Bax bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazırsan", - deyə bildirir.

Daha sonra Yazıçılar İttifaqının plenumunda Feyruz adlı şair bir neçə şairin ünvanına kəskin ifadələr işlətdikdən sonra Müşfiqi "Əhməd Cavadın qanadı altında yaşayan gənc şair adlandırır".Həmin plenumun səhərki iclasında çıxış üçün söz verilən şair Mikayıl Rzaquluzadə Müşfiqin Stalinə həsr etdiyi şeirin üzərində durur. O, Stalinin müsbət cəhətlərindən qısa xülasə verəndən sonra dolayısı yolla əsərə, şəxsən Müşfiqə qarşı açıq hücuma keçmək qərarına gəlir. O, Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar oxumaqda və ondan istifadə etməkdə də suçlandırırdı. Bəzi mütəxəssislərin fikrincə, Rzaquluzadə Müşfiqi tənqid etməyi üzərinə götürməklə, qarşıdan gələn repressiyalardan özünü sığortalamaq istəyirdi. Nasir Hacıbaba Nəzərli  Müşfiqi "köhnə kitabları" oxumaqda suçlandırırdı.

Həmin hadisədən bir ay keçməmiş Ədəbiyyat qəzetində Mikayıl Müşfiqə həsr edilmiş "Kontrrevolyusener, kontrabantçı, oğru…" adlı ölənə qədər faizlə gənc qələm sahiblərinə pul verən, qarışıq millətdən olan ailənin başçısı olmuş şairin yazısı dərc edilir. Şair və dramaturq Məmməd Rahim öz yazısında prokuror rolunu oynayaraq Müşfiqi, "zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə qəddar kontrrevolyuson ruhu ilə dolu olan əsərlərin müəllifi kimi; Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibarı ilə―proletariata sadiq şair olmadığını sübut kimi; Müşfiq sinfi qardaşı Çobanzadədən də oğurluq etdiyinə görə" iddiaları ilə günahlandırır. Rahim Müşfiqin "Şeirlər" kitabından "Buludlar"ı oğurlayaraq "Küləklər" kitabçasına köçürməsini iddiasından əl çəkmir...

Baş verənlərdən daha əvvəl isə  Müşfiqi sevimli müəllimi Abdulla Şaiq xəbərdarlıq etmiş və ehtiyatlı olmağı məsləhət görmüşdü.

Hətta ona Hüseyn Cavidin bu  beytini xatırladır və bu misraları unutmamağı tövsiyə edir:

Göz, qulaq – görmək, eşitmək aləti.
Daima aldatmış insaniyyəti.

 Və çox təəssüf ki, Mikayıl Müşfiq onu gözləyən bəladan qurtula bilmir.

 ...Müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdir və 1938-ci ildə güllələnmişdir.

Əlavə edək ki, bəzi mənbələrdə onun Şamaxının Mərəzə kəndində - indiki Qobustan rayonunda xəstəlikdən dünyasını dəyişdiyi də deyilir... Bu barədə ailəsinə arayış da göndərilib. Ölüm haqqında arayışda isə şairin ölüm səbəbi yazılmayıb. Lakin ümumiyyətlə bu, dəqiq məlumatdırmı, hələ də bilən yoxdur...

d

 d

Y.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN