Rekord qar yağışı Yaponiyada həyatı iflic vəziyyətinə salıb. Ölkədə nəqliyyat dayanıb, hava limanları və məktəblər bağlanıb, ərzaq təchizatında fasilələr var.

Tezadlar.az xəbər verir ki, səlahiyyətlilərin məlumatına görə, yağıntının səviyyəsi 129 santimetri keçib.

Təcili yardım xidmətlərinə qarda qalan sürücülərdən yüzlərlə müraciət daxil olub.

Tıxacların qarşısını almaq üçün hakimiyyət bir sıra magistral və şəhər yollarının bağlanması barədə göstəriş verib, dəmir yolu əlaqəsi dayandırılıb.

Yerli hakimiyyət orqanları səyahətə ehtiyacı olan sakinləri kürək və isti paltar gətirməyə çağırır.

Yaponiyada pis hava yaxın günlərdə daha da pisləşə bilər. Meteoroloji xidmət bildirir ki, daha çox qar yağması yaxınlaşır, yağıntının səviyyəsi potensial olaraq daha 100 santimetr arta bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN