22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Poeziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə bir qrup jurnalistlə görüş keçirilib.

Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin  Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, fəaliyyətimizin xalqımıza operativ və dolğun şəkildə çatdırılmasında mətbuatın rolu çox böyükdür. Gülnarə xanım  faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Şəhər icra hakimiyyətinin Humanitar məsələlər üzrə şöbənin müdiri Fərman Kazmov 149 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Daha sonra Sumqayıtda mətbuat sahəsindəki mövcud vəziyyətdən danışıb. Mətbuat nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Çıxış edənlər – Əməkdar jurnalist Eyruz Məmmədov, Azərtac-ın Sumqayıt şəhəri üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, “Sumqayıt” qəzetinin Baş redaktoru Sübhan Quliyev, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu, İctimai Televiziyanın redaktoru Müqəddəs Şahbazov, xeberle.com saytınn həmtəsisçisi, Sumqayıt Tibb Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Ramil Zeynallı, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, “Sabaha inamla” qəzetinin Baş redaktoru Namiq Məmmədli və başqaları fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.

Digər qonaqlar – şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, AYB-nin Ədəbiyyat Fondunun direktoru, edebiyyatveincesenet.az saytının rəhbəri Varis Yolçuyev, Sumqayıt Rəsm Qalereyasının direktoru Ellada Həsənova, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, yazıçılar Almaz Ərgünəş Bəyazid, Mənsurə Xələfbəyli, rejissor-operator Etibar Bənnayev  və başqaları çıxışlarında Azərbaycanın müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlarından, həmçinin ölkə və region mətbuatının hazırkı problem və çətinliklərindən danışıblar.

Tədbirdə iştirak edənlərə  AYB Sumqayıt bölməsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

İlhamə Məhəmmədqızı

i

i

i

i

i

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN