Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova  “Təbiətə valeh olanlar” lahiyəsi çərçivəsində yeni hekayə yazdı.

“Balaca qız dünyanı necə gözəlləşdirdi” hekayəsi məktəblilərin yazıçıya çoxsaylı müraciətlərinə əsasən yazılıb.Əsər təbiətin gözəlliyi, onun qorunması, sevilməsi haqqında fantastik hekayədir. Balaca Sevinc bağdan kəpənək tutub bankaya salır. Kəpənək çox gözəl olur. Kövrək qəlbli balaca qız kəpənəyin ömrünün çox qısa olmasını biləndə çox kədərlənir. O, böyüyüb təbiət elmlərini elə mükəmməl öyrənir və elə elmi ixtira edir ki, kəpənəklərin ömrü uzanır. Nəticədə əvvəllər çox az-az görünən al-əlvan kəpənəklər elə artıb-çoxalır ki, bütün yay böyünca bağlar, çəmənliklər, parklar rəngarəng kəpənəklərlə dolu olur, təbiət gözəlliyi ilə insanları daha  da heyran edir. Hekayəni balacalar burada oxuya bilərlər:

https://drive.google.com/file/d/1r9-xCOh81je2glfIzCJmSv8JwDNwlgQZ/view?usp=sharing

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN