<style>.lazy{display:none}</style>ƏMƏKDAR ARTİST NİYƏ KONSERVATORİYADAKI İŞİNƏ XİTAM VERDİ?

Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Bakıdakı işini tərk etməsindən və Qarabağda yaşamasından danışıb.

TEZADLAR.AZ xəbər verir ki, o bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, artıq Xankəndidə "Qarabağ Universiteti"ndə çalışır:

"Burada incəsənət fakültəsində dərs deyirəm. Qərar verəndə ki, gedirəm Xankəndiyə hamı təəccübləndi. Soruşdular ki, bu qədər işin, Bakıda universitetdə dərs deyirsən, atırsan hamısını? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".

Qeyd edək ki,Əməkdar artist Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.

1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib.

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib. 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub.

E.Hüseynov Azərbaycan Milli Konservatoriyasında "Muğam" fakültəsində müəllim kimi çalışırdı. 

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN