Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi

A.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində 8 noyabr – Zəfər Günü və Şuşanın işğaldan azad olunması ilə əlaqədar jurnalist, yazıçı, publisist Aydın Tağıyevlə görüş keçirib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Gülnarə Bəkirova tədbiri açaraq tədbir iştirakçılarını salamladı və yazıçının rəhbəri olduğu “Vətən” layihəsi çərçivəsində qələmə aldığı “Böyük Zəfərin 101 şəhidi” və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fədakarlar bir amalın uğrunda” əsərləri haqqında danışıb. O qeyd edibi ki, hər iki kitab tarixi əsərdir. Vətən müharibəsi şəhidlərinə həsr olunmuş belə tarixi əsərlərin yazılması, igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması gənc yazıçımız tərəfindən atılan nümunəvi addımdır. Azərbaycan vətəndaşı olaraq hər bir məktəblimiz Qarabağ haqqında, onun keçmişi, ağrı-acısı haqqında bilməlidir. O vurğuladı ki, 30 illik həsrətdən sonra doğma Qarabağımızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır. Belə maarifləndirici tədbirlərin keçirilməsi hər bir şagirdimizdə məsuliyyət hissi yaradır.                          

Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova tədbir iştirakçılarına yazıçı Aydın Tağıyevin həyat və yaradıcılığı haqqında məlumat verdi. Onun “Böyük Zəfər Marşı”, “Vətən Marşı”, “Cənab Ali Baş Komandan” kitablarından danışdı və yazıçıya yaradıcılıq uğurları arzulayıb.                                                    

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sima Muradova öz ürək sözlərini dedi: “Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan yazmaq və gələcək nəsillərə çatdırmaq şərəfli işdir. Sizin şəhidlər haqqında yazdığınız “Böyük Zəfərin 101 şəhidi” kitabı gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqətdir. Şəhid qəhrəmanlarımız bu əsərlərlə tarixləşir. Biz müəllimlər, şagirdlərimizə belə kitabları oxutmaqla onlara Vətənə, dövlətə məhəbbət ruhunda formalaşmağı tövsiyə edirik”.                                                                    

“İlk Zəfər Marşı” və “Vətən Marşı” əsərlərinin bəstəkarı, prodüser, “Jamal Media”nın rəhbəri Camal Qurbanov vətənpərvərliyin təbliğinə xidmət edən milli musiqimizin, milli mahnılarımızın önəmindən, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynamasından məlumat verib. Məktəb kitabxanasının müdiri Səbinə Abbasova dərsliklərlə yanaşı, vətənpərvərlik mövzusunda yazılan kitabların daha çox paylanılması təşəbbüsünü irəli sürdü və məktəblilər tərəfindən bu kitabların çox oxunmasını qeyd edib. Yazıçı-publisist Aydın Tağıyev kitabxanaya, məktəbin rəhbərliyinə, müəllim heyətinə və şağird kollektivinə təşəkkür edərək bildirdi ki, hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Azərbaycan, azərbaycanlı olmaq milli qürur və fəxrdir! 9a sinif şagirdləri Labudə Quliyeva, Pərvin Tahirzadə, Xədicə Məmmədova  isə Zəfərə, Qələbəyə həsr olunmuş şeirlər söyləyiblər və Gülay Əkbərova yazıçının şəhidlərə həsr etdiyi hekayəsindən bir parçanı danışıb.

Y.Məmmədli

 

      

 

 

 

                                                                                                   

                                                                                                  

                                                 

                                                                                           

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN