"Miss Azərbaycan-2019" gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova yenə paylaşımı ilə gündəm olub.
Həmişə açıq-saçıq foto və videolarına görə tənqid obyektinə çevrilən "Miss Azərbaycan"ın qalibi bu dəfə də paylaşımı ilə diqqət çəkməyi bacarıb.
Belə ki, bu dəfə eyvana alt paltarsız çıxan model şəkillərini sosial şəbəkədə paylaşıb.
Model açıqlamasında deyib ki, qonşuluqda yaşayan orta yaşlı bir neçə xanım çılpaq halda paltar asdığı üçün ondan polisə şikayət edib: "Ağlıma da gəlməzdi ki, belə şeyə görə şikayət etsinlər. Düşünürdüm ki, qadın həmrəyliyi var. Yox imiş (gülür). Canları sağ olsun. Belə şeyə görə qonşularımdan nə küsərəm, nə də qırğın edərəm. Qonşularımı çox istəyirəm. Bu dəfə məni ancaq büstqaltersiz görüblər, gələn dəfə onlara sürpriz edəcəyəm. Hazır olsunlar", - deyə model heç kefini pozmayıb.
E.ŞİRİNOV