Yardımlı Xeyriyyə Cəmiyyəti Heydər Əliyev Fondunun prezidenti Nehriban xanım  Əliyevaya müraciət ünvanlayıb. Müraciəti təqdim edirik: 

Hörmətli Mehriban xanım, narahat etməkdə məqsədimiz Yardımlı ictimaiyyətinin xahişini Sizə çatdırmaqdan ibarətdir.
Heç şübhəsiz ki, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun xətti ilə rayonumuzda xeyli işlər görülüb və inşaa edilən məktəb və uşaq bağçalarından ictimaiyyət razılıqla danışır. Bütün bunlardan ürəklənib, məlumat veririk; bəlkə də Yardımlı yeganə rayondur ki, ərazisində bir dənə də olsun “Uşaq meydançası” yoxdur. Bu da uşaqların əylənməsi üçün rayonda şəraitin olmamasını qabarıq şəkildə biruzə verir.
Heç şübhəsiz ki, bu gün rayonda “Uşaq meydançası”nın olması azyaşlı yardımlıların ən böyük arzusudur.
Hörmətli Mehriban xanım, bunun Yardımlı rayonunda böyüyən uşaqlara necə dəyərli bir hədiyyə olacağını nəzərə alaraq, Sizdən xahiş edirik ki, bu problemin aradan qaldırılmasında münasibətinizi bildirəsiniz.
Hörmət və ehtiramla, Elman Eldaroğlu  .
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri 
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN