“Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün 1 il təlimlər təşkil ediləcək”.

 Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, professor Qubad İbadoğlu müəllimlərin sertifikasiya məsələsi ilə bağlı irad və təklifini bildirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə məsələyə aydınlıq gətirərək, professor Qubad İbadoğlunun iradlarına cavab verib.

“Məlumat üçün deyim ki, sertifikasiya bütün müəllimlər üçün deyil, indiki halda ancaq ibtidai sinif müəllimləri üçün aparılacaq. Bu da Bakı-Abşeron, Gəncə- Daşkəsən, Quba-Xaçmaz regionlarında dərs deyən 11 min müəllimi əhatə edəcək”, - deyə açıqlayıb.

Cəsarət Valehovun sözlərinə görə, həmin prosesdə hər hansı çətinlikdən söhbət gedə bilməz.

“Bu gün cənab nazirin də dediyi kimi yüksək faizlə müəllimlər sertifikasiyadan keçəcəklər. Keçə bilməyənlər üçün isə 1 il boyu dəstək yönümlü təlimlər təşkil ediləcək”,- deyə vurğulayıb.

Xatırladaq ki, Professor Qubad İbadoğlu Təhsil Nazirliyini müəllimlərin yaşını nəzərə almağa, sertifikasiya məsələsini yenidən nəzərdən keçirməyə səsləyib, hətta təklif də verib:

 “Təhsil işçilərində yaranmış ədalətsizliyi aradan qaldırmaq üçün ADR Partiyası Təhsil Nazirliyini bu məsələni bir daha dəyərləndirib, yenidən qərar verməyə çağırır, ya da müəllimlər üçün pensiya yaşının aşağı salınmasını təklif edirəm”, -deyib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN