2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində riyaziyyat fənnindən keçiriləcək əlavə test imtahanı ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

 Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə iyulun 14-də keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili aparılıb. Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır. Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır. Təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların iyulun 14-də verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN