Ərzağın bahalaşması bağçaları da "vurdu"...

Şimali Qazaxıstan vilayətindəki mini- mərkəzlərdən birinin uşaqlarına ərzağın bahalaşması, həmçinin məmurların müqavilələri yeni qiymətlərlə yeniləmək istəməməsi və ya edə bilməməsi səbəbindən yemək verilmir.

İndi məktəbəqədər təhsil müəssisəsinin uşaqları yalnız nahardan əvvəl uşaq bağçasına getməyə məcburdurlar.

 Qazaxıstan KİV-nin məlumatına görə, hazırda regional təhsil idarəsi məsələ ilə bağlı yalnız çiyinlərini çəkir...

 Qeyd edilir ki, baş verənlərlə bağlı yerli ictimaiyyət nümayəndələrindən biri sosial şəbəkə səhifəsində yazı paylaşıb.

Söhbət Mamlyut rayonunudakı “Aray” mini-mərkəzindən gedir. Bir aydan artıqdır ki, bura yemək gətirilmir və ona görə də mini mərkəz yalnız nahara qədər açıqdır.

 "Onların bizə izah etdiyi kimi, bu onunla bağlıdır ki, ərzaq məhsullarının qiyməti artıb və onlar təchizatçılarla yeni qiymətlərlə müqavilə bağlamaq istəmirlər. Bütün təchizatçılar mini mərkəzlə işləməkdən imtina ediblər", - yazı müəllifi qeyd edib.

O da bildirilir ki, valideynlər rayon təhsil şöbəsinə müraciət edib və onlara bu məsələ ilə bağlı rayon şöbəsində mənfi cavab aldıqları bildirilib. Və məsələ yalnız dekabrda həll oluna bilər.

 Qurumun rəsmi səhifəsində yazının altındakı şərhdə də bu məlumat təsdiqini tapıb.

 "Ərzaq məhsullarının qiymətinin artması ilə əlaqədar hazırda tədarükçünün müqavilələrdə müəyyən edilmiş qiymətlərlə ərzaq tədarük etmək imkanı yoxdur. Çünki bir çox malların alış qiyməti müqavilə üzrə ödəniləndən bir neçə dəfə bahadır. Təchizatçılarla birlikdə bu problemin həlli istiqamətində iş aparılır”, - nazirliyin məlumatında deyilir.

 ***

...Hələ ki, məsələ həll ounur, uşaqlar cəmi yarım gün bağçaya getməyə davam edirlər. Bu, təkcə təhsil prosesinə deyil, həm də tam əmək gününü işləmək imkanından məhrum olan valideynlərin də fəaliyyətinə təsir göstərir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN