Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə Tvitter səhifəsində paylaşım edib.

Həmin paylaşımda deyilir:

“Ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Milli mənəvi sərvətimiz olan əlifbamız və Azərbaycan dilinə həsr olunmuş bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Xatırladaq ki, 10 gün öncə Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, o, bu vəzifəyə təyin olunanadək  Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışıb.

 Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN