Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti İftixar Çələbi universitetin Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

AzTU-dan Tezadlar.az-a verilən məlumata görə, rektor Vilayət Vəliyev İftixar Çələbini kollektivə təqdim edib. Bildirib ki, İftixar Çələbi uzun illər AzTU-da müxtəlif vəzifələrdə çalışıb. Onun həm tədrisin aparılması, həm də tədqiqatların yerinə yetirilməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Eyni zamanda İftixar Çələbi texnika elmləri namizədidir. Bütün bunlar İftixar Çələbinin Yüksək Təhsil İnstitutuna direktor vəzifəsinə təyinatının doğru addım olduğunu təsdiqləyir. Rektor deyib ki, Yüksək Təhsil İnstitutuna Magistratura və Doktorantura şöbələri daxildir. İftixar Çələbinin rəhbərliyi ilə bu şöbələrdə tədrisin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi, yeni innovativ yanaşmaların tətbiq edilməsi qarşıya qoyulan başlıca hədəflərdəndir.

Daha sonra çıxış edən İftixar Çələbi ona göstərilən etimada görə təşəkkürünü bildirib.

İftixar Çələbi 

Qeyd edək ki, İftixar Çələbi 1981-1986-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtonəqliyyat fakültəsində təhsil alıb.

1992-ci ildə AzTU-nun aspiranturasına daxil olub. 1998-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, 1999-cu ildə Maşın hissələri kafedrasında baş müəllim, 2003-cü ildə isə dosent vəzifələrində çalışıb.

2006-cı ildə Almaniyanın Aleksandr Humboldt fondunun təqaüdünə layiq görülən İftixar Çələbi, fondun dəvəti ilə 2006-2008-ci illərdə Ştutqart Universitetinin Maşın Elementləri İnstitutunda elmi-tədqiqat işləri aparıb. O, həmçinin müxtəlif xarici universitetlərdə elmi-pedaqoji təcrübə keçib. 2019-2021-ci illərdə AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri vəzifəsində çalışıb.

E.ŞİRİNOV        

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN