“…Bir həftəlik dərs yükü normasının 18 saat olmasına baxmayaraq, bir çox hallarda həmin norma təmin olunmur.”

Bunu Təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov  bildirib.

 Mütəxəssis ölkədə cəmi 3500-4000 müəllim yerinə vakansiya düşsə də,  vakansiya yerlərinin süni şəkildə  artırılmasından, rayonlarda bəzi fənlər üzrə müəllim çatışmazlığından bəhs edib.

Onun sözlərinə görə, ölkədə kifayət qədər pedaqoji təhsilli kadrların olmasına baxmayaraq, xüsusilə regionlarda müəllim çatışmazlığına rast gəlinir və əsasən də ingilis dili, fizika, kimya və biologiya müəllimlərinə ehtiyac var.

“Proqnozlarımıza əsasən, ölkədə hər il təxminən 3500-4000 müəllim yerinə vakansiya düşsə də, vakansiya yerlərinin sayı süni surətdə artırılır. Bu necə baş verir?! Deməli, müəllimin bir həftəlik dərs yükü normasının 18 saat olmasına baxmayaraq, bir çox hallarda həmin norma təmin olunmur. Beləcə, əlavə olaraq 6-10 saat dərs yükü vakansiyaya çıxarılır”, - deyə vurğulayıb.

 Elşən Qafarov regionlarda hələ də ibtidai sinif müəllimi problem olduğunu və bunun səbəbini açıqlayıb.

“ Regionlarda digər ən ciddi problem ibtidai sinif müəllimləri ilə əlaqədardır. Əhali şəhərlərə üz tutur və urbanizasiya nəticəsində bir sinifə bir neçə ibtidai sinif müəllimi dərs keçir", - bildirib.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN