Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında üçüncü ixtisas qrupunun TC altqrupu üzrə 49 nəfər 500-dən yuxarı bal toplayıb.
Bu barədə məlumat III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, bunlardan 40 nəfər Azərbaycan bölməsi, 9 nəfər isə rus bölməsinə aiddir. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 2156, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 3138 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının DT və TC altqrupları üzrə paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq olar.