Ukraynanın paytaxtındakı məktəblərdə rus dilində dərs keçirilməyəcək.

Kiyev məktəblərində yeni başlanacaq tədris ilində rus dilindən tamamilə imtina etmək qərarına gəliblər. 

Bu barədə Kiyev şəhər dövlət administrasiyasının təhsil və elm departamentinin cavabında bildirilir. 

Həmin cavab  isə ictimai xadim, beynəlxalq hüquqşünas Andrey Smoliy tərəfindən ictimailəşdirilib.

“Yeni tədris ilində məktəb proqramlarında fənlərin rus dilində tədrisi və rus dilinin fənn kimi, yaxud fakultativ olaraq öyrənilməsi nəzərdə tutulmayıb”, - sənəddə deyilir.

"Kiyevdə daha məktəblərdə işğalçının dilini öyrənməyəcəklər, həmçinin Moskvanın da tədrisi olmayacaq... Ümid edirəm ki, belə də olacaq. Sentyabrın 1-dən vəziyyətə nəzarət edəcəyik", - Smoliy Kiyev hakimiyyət orqanlarının qərarını şərh edib.

Xatırladaq ki,  iyulun 25-də Lvov vilayətinin hakimiyyəti də məktəblərdə rus dilində tədris olunan dərsləri ləğv etmək qərarına gəlib.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN