Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Lakin qaydalara görə, məktəbə xüsusi məktəbli geyimi – forma ilə getməli olan şagirdlərin və valideynlərin bir çoxunun onu əldə etmə qayğısı da artıb.

Bir müddətdir ki, bu geyimlərin qiymətlərinin bir çox ailələrin büdcəsinə uyğun olmadığı, bəzi məktəb direktorlarının isə formaları xüsusi yerlərdən almağa məcbur etməsi ətrafında da söz-söhbətlər yaranıb.

Bu günlərdə millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı etirazını bildirmiş və qeyd etmişdi ki, “indiki halda məktəblilərə ödənişlə təklif olunan məktəbli formaları valideyinlərdən qanunsuz şəkildə alınan, onlara yüklənən bir korrupsiya variantıdır”.

Qeyd edək ki, KİV-də gedən məlumata görə, məktəblilər üçün forma hazırlayan Bakı Tikiş Evi bildirib ki, geyimlərin tikilməsi ilə bağlı qərar gec verildiyi üçün yuxarı siniflərin formaları yalnız gələn il hazırlanmağa başlayacaq...

 Məktəbli formasının satışı isə cəmi iki yerdə həyata keçirilir: Bakı Tikiş Evində və “Bravo” marketlər şəbəkəsində.

 Təhsil üzrə mütəxəssis İlham Əhmədov baş verənlərlə bağlı nazirliyə iradını bildirib:

  “Əgər nazirlik bütün şagirdlərin məktəbə vahid formada gəlməsini təkid edirsə, məktəbli formasının bir neçə variantını müəyyən etməli, məktəbə və valideynlərə də bu barədə məlumatı dəqiq çatdırmalıdır. Bu formaların hazırlanması bir deyil, bir neçə şirkətə həvalə edilməlidir. İstehsalı bir icraçıya həvalə etmək qiymət baxımından ürəkaçan vəziyyət yaratmır, rəqabət olmur. Rəqabət olmalıdır ki, qiymətlər endirilsin” , - deyə mütəxəssi bildirib.

O, təəssüflə qeyd edib ki, hazırda məktəbli formaları maya dəyərindən qat-qat baha satılır.

Onun sözlərinə görə, məktəbli forması o qədər də vacib deyil və əgər nazirlik olmasını çox istəyirsə, o zaman istehsalını dövlət hesabına həyata keçirərək, məktəblərə ödənişsiz verə bilərdi.

İlham Əhmədov bununla bağlı Qazaxıstanı da missal çəkib.

Həmçinin vurğulayıb ki, pandemiyadan  sonra əhalinin sosial vəziyyəti aşağı olduğu, həm də  təhsil büdcəmiz 3 dəfə artdığına görə büdcə hesabına şagirdləri məktəbli forması ilə də, dərs ləvazimatları ilə də ödənişsiz təmin etmək olar.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN