Təhsil eksperti Nadir İsrafilov Elm və Təhsil Nazirliyinin məsul şəxsinin

ali məktəblərin ödənişli ixtisaslarında oxuyan tələbələrin təhsil haqqını hansı qaydada ödəmələri (hissə-hissə, yaxud birdəfəlik) ilə bağlı məsələnin universitet rəhbərliyindən asılı olması barədə açıqlamasına öz iradını bildirib.

“…Bir müddət öncə Nazirliyin Aparat rəhbəri müavininin “Azərbaycan Universitetlərinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin. Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır” açıqlaması reallığa əsaslansa da, məndə müəyyən məqamlara aydınlıq gətirmək hissi oyatdı.

 Nadir İsrafilov vurğulayıb ki, əgər həmin məsələ “bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır”sa onda kollegiya belə bir qərarı çıxararkən hansı normativlərə və ya mülahizələrə əsaslanıb?

Həmçinin o, sual edib ki, əgər universitetlər kollegiya qərarına etinasız yanaşacaqdılrsa onda məsələni müzakirəyə çıxarıb kollegial qərar çıxarmağa nə ehtiyac var idi?

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN