Həm ümumilikdə yüksək bal toplayanların, həm də 1-ci qrup üzrə yüksək nəticə qazananların sayı əvvəlki ildən xeyli artıb.

 2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak etmişdir.

 Bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent jurnalınının12-ci nömrəsində  ((Abituriyent 12 – imtahan nəticələrinin elmi-statistik təhlili)  qeyd edilir.

Onların 16.12%-i 0-100, 26.67%-i 100-200, 21.96%-i 200-300, 25.61%-i 300-500, 9.64%-i isə 500-700 bal toplamışdır. Abituriyentlərdən 2077 nəfər 600 və daha çox bal toplamışdır. Yüksək bal toplayanlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir

TEZADLAR.AZ DİM-in 2022-ci və 2021-ci il hesabatlarının müqayisəli təhlilini aparmış və məlum olmuşdur ki,  2021-ci ildə ölkəmizin ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 67 min 717 nəfər abituriyent iştirak etmişdir, lakin bu rəqəm 2022-ci ildə artmış və  abituriyentlərin sayı 6 minədək çoxalaraq 73 min 429 nəfər təşkil etmişdir.

Həmçinin 2021-ci ildə ümumilikdə abituriyentlərdən 1861-i 600 və daha çox bal topladığı halda, 2022-ci ildə yüksək nəticə göstərmiş abituriyent sayı artaraq 2077 nəfərə çatmışdır. 2021-ci ildə yüksək nəticə göstərənlər I qrupda 640 nəfər olduğu halda, 2022-ci ildə bu rəqəm 1081 nəfərədək yüksəlsə də, II qrupda, əksinə 196 nəfər olduğu halda, 2022-ci ildə cəmi 142 nəfər olub.

Onu da qeyd edək ki, 2021-ci ildə  III qrupda 617 nəfər yüksək nəticə əldə etdiyi halda,  2022-ci ildə bu rəqəm 344-ə düşüb, IV qrupda isə, əksinə artıb. Belə ki, əvvəlki ildə bu rəqəm 408 nəfər idisə, 2022-ci ildə  510 nəfərə yüksəlib.

 

JASMİN 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN