Bu gün millət vəkili kimi elm və təhsil naziri hörmətli Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirirb.
O, diqqətə çatdırıb ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk.
Millət vəkili eyni zamanda, bəzi müəllimlərin sertifikasiyadan sonra əməkhaqqı artımındakı narazılıqlardan da söz açıb:
Vüqar Bayramov xatırladıb ki, mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir.
"Digər tərəfdən, sualların hammısını cavablandıran ilə 51 doğrusu olanın da əmək haqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yararnlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısında 10 faiz artım hesablanır", - deyib.
İqtisadçı narazılıqlara son vermək və ədalətli əmək haqqı artımına nail olmaq üçün yol da göstərib.
"Bütün bunları nəzərə alaraq, əmək haqqı artımları üçün aşağıdakı formulanı təklif etmək istərdik:
Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz.
Bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər.
Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdıqları üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq", - o, qeyd edib.
Y.MƏMMƏDLİ