Qırğızıstan və Tacikistanda rus dilində tədris olunan yeni məktəblər açılıb, indi Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələri nəzərdən keçirilir.

Bunu Baş nazir Mixail Mişustin MDB hökumət başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

 "MDB ölkələrində Rusiya Federasiyası tərəfindən tikilən məktəblər yaradılır. Orada dərslər rus dilində və ən yüksək təhsil standartlarına uyğun keçirilir. Tacikistanda artıq beş belə müəssisə fəaliyyət göstərir, Qırğızıstanda isə böyük layihənin həyata keçirilməsi planlaşdırılır", - deyə Mişustin xatırladıb. 

O, “Uşaqların təhsil müddətində rus mədəniyyəti ilə daha yaxından tanış olması üçün digər təklifləri də nəzərdən keçiririk” bildirib.

Rusiyanın Baş naziri onu da qeyd edib ki, Rusiya MDB ölkələrindən olan vətəndaşların Rusiya ali məktəblərində ixtisas almaq imkanlarını da dəstəkləyir.

"Bu məqsədlə xaricdə Rusiya universitetlərinin filialları fəaliyyət göstərir və akademik, tədris mübadiləsi təcrübəsi genişlənir".

Bütün bunlar, Mişustinin sözlərinə görə, humanitar əlaqələrin möhkəmlənməsinə kömək edir.

 Xatırladaq ki, bu gün Moskvada Birlik ölkələrinin baş nazirlərinin iştirak etdiyi MDB hökumət başçıları Şurasının iclası başlayıb.

Şuranın iclasında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edib, həmçinin çıxış edib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN