Elm və təhsilin müasir innovasiyalardan geri qalmasının səbəbi qanunvericilik aktları ilə bağlıdır.
Bu fikri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.
O, xatırladıb ki, SAF 2023 festivalında - şagirdlərə STEAM çərçivəsində dronlarla bağlı tapşırıqlar verilib, lakin onlar dronları harda sınaqdan keçirməlidir?
Kamran Əsədov vurğulayıb ki, DRON uçurmaq üçün çoxlu sayda qurumlardan icazə almaq lazımdır.  
"Belə ki, qanun və qaydalarda olan məhdudiyyətlər yeniliklərin çevik tətbiqinə maneə yaradır. Misal üçün, bir müddət əvvəl Azərbaycanda yüksək səviyyədə SAF 2023 festivalı keçirildi. Burada STEAM çərçivəsində hazırlanmış maraqlı texniki avadanlıqlar var idi. Böyük qismi DRON ilə bağlı texnikalar idi. Həmçinin STEAM çərçivəsində DRON ilə bağlı texniki avadanlıqlar hazırlanır müxtəlif təyinatlı. Həm də şagirdlərə STEAM çərçivəsində DRON ilə tapşırıqlar verilir.
İndi sual: Şagird bu DRON avadanlığını harda uçursun? Harada sınaqdan keçirsin?
DRONu uçurmaq üçün 10-dan çox dövlət qurumundan icazə almaq lazımdır. DRONU uçuran kimi gəlirlər ki, olmaz.
Əgər bir innovativ yenilikləri tətbiq etmək istəyiriksə, öncə onun qanunvericilik bazasını hazırlamalıyıq", -deyə təhsil eksperti diqqətə çatdırıb.
Kamran Əsədov xaricdə distant təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınmamasına da irad bildirib:
"3 ildir ki, həm pandemiya dövründə, həm müharibə zamanı həm də indi qızılca xəstəliyi dövründə tam və qismən tədris online-distant rejimdə həyata keçirilir. Amma indiyə qədər distant təhsilin qanunvericilik aktlarını qəbul etməmişik. Özümüz online-distant təhsili veririk, amma xarici ölkələrdə bu formada təhsil alanların diplomunu tanımırıq", - o, qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN