Qızların ali təhsil alması çox yaxşıdır və bu daha da əlçatan olmalıdır. Amma müəyyən ixtisaslar üzrə gender disbalansının böyüməsi gələcək nəsillərə yaxşı şeylər vəd etmir.

 Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.

 “Apardığım tədqiqata görə, Rusiyada 2018-ci ildə idarəçilikdə olan qadınlar 78% təşkil edirdisə 2022-ci ildə bu 88% olmuşdur. Amma kişi müəllimlərin azlığı təkcə məvacibin azlığı ilə məhdudlanmır. Təhsilalanların sağlamlığı və onlara görə məsuliyyət, psixoloji gərginlik, əxlaq normaları və ən əsası yeniyetmələrin təlim və tərbiyəsinin keyfiyyəti ilə bağlı öhdəliklər kişiləri bu peşəni seçməzdən əvvəl düşünməyə vadar edir. 2020-cü ildə Rusiyada orta aylıq qadın müəllimin maaşı orta aylıq kişi müəllimin maaşından 24% az olmasına baxmayaraq, bu kişilər üçün müəllim peşəsinin seçilməsində stimul olmamışdır”,- deyə təhsil eksperti apardığı araşdırmadan sitat gətirib.

 O, diqqətə çatdırıb ki, hazırda bakalavr pilləsi üzrə təhsil alanların 78.052 nəfərini qızlar təşkil edir.

 

“Araşdırmanın sonunda bu qənaətə gəlirəm ki, tarixin bütün dövrlərində genefondun və ənənələrin qoruyucusu hesab edilən qadın, bu gün də təhsildə bərqərar olmuşdur. Ölkəmizin ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 157.662 tələbə təhsil alır və bu tələbə kontingentinin 78.052 nəfərini qızlar təşkil edir. Bakalavr pilləsi üzrə 145.127 nəfər əyani, 12.535 nəfər isə qiyabi təhsil alır. Qiyabi təhsil alanlardan 5.922 nəfər qızlardır. Ümumiyyətlə, təhsil alanların 92 faizi əyani, 8 faizi qiyabi təhsil alır. Özəl ali təhsil müəssisələrində 14.366 nəfər (9%) təhsil alır və onlardan 7.117 nəfəri qızlardır. Ali təhsil müəssisələrinin magistratura ixtisaslarında təhsil alan tələbələrin sayı I kurs üzrə 6.416 nəfər, II kurs üzrə 6.389 nəfər, III kurs üzrə isə 637 nəfərdir. Bunlardan qızların sayı 7.258 nəfərdir”, - deyə Kamran Əsədov qeyd edib.

 t

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN