Mən həmişə demişəm ən yaxşı məktəb evinizə yaxın olandır.

 TEZADLAR.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.

Nazir Emin Əmrullayev ibtidai sinfə gedən övladlarını yaşayış yerlərindən xeyli uzaq məsafədə yerləşən məktəblərə aparan valideynlərə irad bildirib.

Onun fikrincə, uşaqlara evinə yaxın məktəblərdə təhsil verilməsi məqsədəuyğundur.

“6-7 yaşlı uşağı yaxşı məktəbdir deyə kilometrlərlə uzağa aparmağa dəyməz. Nazirlik, müəllimlər və məktəb olaraq hamımız işləməliyik ki, uşağın evinə yaxın olan  məktəb ona yaxşıdır fikrini qüvvətləndirək”, - deyə nazir bildirib.

O, valideynlərə- ictimaiyyətə mesaj göndərib ki, sertifikasiyadan sonra nazirlik əmindir ki, sertifikasiyadan keçən müəllimlərin dərs demək üçün minimal biliyi var və buna görə narahat olmağa dəyməz.

“ Sertifikasiyadan sonra biz əminliklə "müəllimin uşağa dərs deməyə minimal biliyi var" deyə bilirik. Hansı müəllim daha yaxşıdır, övladımı onun yanına qoyum müəyyən mənada çətin idarə olunan təfəkkür tərzidir. Bir müəllim maksimum 40 şagirdə dərs deyə bilər. Belə olan halda 41-ci adam istəsə də, ora düşə bilmir", - nazir Emin Əmrullayev vurğulayıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN