Çin hökuməti təhsil proqramları üçün 155 qrant verir: bakalavr, magistr və doktorantura dərəcələri.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin  Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hökumətlərarası sazişlər çərçivəsində qazaxıstanlılar Çinin aparıcı universitetlərində ali təhsil ala biləcəklər.

Qeyd edək ki, Çin dünyanın xaricdə təhsil alınan ən məşhur istiqamətlərindən biridir. Əslində Çin,  ABŞ və Böyük Britaniyadan sonra ən çox beynəlxalq tələbəyə malik üçüncü ölkədir.

Qrant aşağıdakı xərcləri əhatə edir: pulsuz təhsil;

aylıq təqaüd: bakalavr dərəcəsi - 2500 yuan (təqribən 590 manat), magistratura - 3000 yuan (təqribən 700 manat), doktorantura - 3500 yuan (təqribən 800 manat);

yataqxanada yaşayış; sağlamlıq sığortası.

Qalan xərclər qrant sahibinin özü tərəfindən ödənilir.

Çinin ən yaxşı universitetlərinin siyahısına aşağıdakılar daxildir: Zhejiang University, University of Science and Technology of China, Fudan University, Peking University, Tsinghua University və digərləri.

Təhsil bütün istiqamətlər üzrə aparılır: memarlıqdan başlayaraq  mülki mühəndislik, informasiya texnologiyalarından tibb, sosial və humanitar elmlərə qədər.

Çinə rəqabətli seçimdə iştirak etmək üçün müraciət edəcək qazaxıstanlılar 20 fevral 2024-cü il tarixinə qədər Çin Təqaüd Şurasının saytında onlayn qeydiyyatı tamamlamalıdırlar.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN