Uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez sosial mediada xəbərlər, videomateriallar yayımlanır. Özəl bağçaların bir çoxunda müşahidə kameraları mövcuddur. Valideynlər də bağçada gedən bütün prosesləri izləyə bilirlər. Özəl bağçalardan fərqli olaraq isə dövlət bağçalarında kamera sistemi yoxdur.

 Maraqlıdır, dövlət bağçalarında niyə kameralar quraşdırılmır?

TEZADLAR.AZ xəbər verir ki, məsələ ilə bağlı məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva AzEdu.az-a açıqlamasında qeyd edib ki, bəzi dövlət bağçalarında müşahidə kameraları mövcuddur:

 “Azərbaycanda daha çox özəl bağçalarda müşahidə kameraları var. Bəzi dövlət bağçaları var ki, öz hesablarına kamera sistemi quraşdırır. Həmin kameralara isə yalnız müdir baxa bilir. Yəni, hər hansı kənar şəxslər və valideynlərə görüntüləri izləməyə icazə yoxdur. Ancaq özəl bağçalarda prosesə  həm valideynlər, həm də rəhbərlik baxa bilir”.

 Mütəxəsisin sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasının  32-ci maddəsində insan həyatının toxunulmazlığı  qeyd olunub və həmin maddəyə əsasən kimsənin razılığı olmadan onun həyatı, fəaliyyəti ilə bağlı hər hansı bir məlumatın toplanması doğru deyil:

 “Bu qanun çərçivəsində icazə olaraq tənzimlənə bilər. Ancaq görüntülərin valideynlərə paylanılması, onlar tərəfindən izlənilməsi doğru deyil. Mən bunu doğru qəbul etmirəm. Bu mental olaraq Azərbaycanda qəbul olunmur. Çünki bağçada işləyən tərbiyəçi-müəllim uşaqlarla birlikdə oturur-qalxır, oynuyur, tullanıb-düşür, yerə uzanır və s. Azərbaycanda bağçalarda gender problemi var. Biz kişi bağça müəlliminə rast gələ bilmərik. Yəni bütün tərbiyəçilər qadınlardır və kameraların kişi valideynlər tərəfindən izlənilməsi mental olaraq doğru qəbul edilmir”.

 X.Musayeva qeyd edib ki, bir insanın videogörüntülərini izləmək üçün ondan mütləq şəkildə razılıq alınmalıdır:

 “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə əsasən iş yerləri ev kimi qəbul olunur. Yəni iş yeri şəxsin toxunulmazlıq mühitidir. Bu da ona əsas verir ki, həmin insanın razılığı olmadan onun görüntülərini izləmək doğru deyil. Həmin şəxsdən mütləq razılıq alınmalıdır. Mən düşünürəm ki, istər dövlət, istərsə də özəl bağçalarda videogörüntülərin izlənilməsi üçün tərbiyəçi- müəllimlərdən razılıq alınmalıdır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN