“Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlamışıq və aidiyyəti qurumlarla müzakirələr aparılır.

 TEZADLAR.AZ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dövlət Komitəsinin "Facebook" səhifəsinin canlı efirində “Uşaqlar arasında zorakılıq halları” mövzusunda müzakirə zamanı deyib.

O qeyd edib ki, uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.

DİN-in yaydığı mlumata görə, qıza qarşı uyğunsuz hərəkət edən şagirdlə bağlı məsələ nəzarətə götürülüb. İş üzrə ekspertiza təyin olunub. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıləb. İstintaq hərəkətləri davam etdirilir.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN