"Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə bilmədiyi, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərələr çıxır".
***
Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir.
Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir.
TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib.
Kamran Əsədov övladlarının tərbiyəsi ilə bağlı valideynlərin məsuliyyət daşıdığını bildirib.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.
"Təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlar göstərir ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalır (Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb).
ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb ölkələrindəki təhsil tədqiqatlarına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.
Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə bilmədiyi, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərələr çıxır", - deyə bildirib.
Təhsil eksperti paytaxtın 156 saylı orta məktəbində baş verən hadisədən də sitat gətirib və bunun birbaşa valideyn-övlad münasibətlərinin düzgün qurulmaması, uşağın tərbiyəsi ilə məşğul olunmaması səbəbindən baş verdiyinə də diqqət çəkib.
O, vurğulayıb ki, hər bir valideyn övladını düzgün tərbiyə etməli və cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir.
"Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə "məsuliyyət daşıdıqları ayrıca vurğulanır.
Yəni, evdə, valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar.
Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur.
Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri də valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir.
Valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur", - deyib.
Kamran Əsədov xatırladıb ki, valideynər boş vaxtlarının çoxunu sosial şəbəkələrdə keçirir və övladlarına zaman ayırmırlar.
 
"Valideyinlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil. Valideynlik əsas övladına mənəvi, psixoloji dəstək verməkdir.
Valideyinlər sosial şəbəklərdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideyinlər vatsapda, sosial şəbəklərdə başqaları ilə danışdıqları qədər övladları ilə danışmırlar", - o qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN