Bakı Ali Neft Məktəbinin tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında bildirib.

 “Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, Universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100 min dollar təqaüd qazanıb.

Eşqin Həsənov 2019-cu ildə BANM-ə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb.

BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib. Bununla “Python” proqramlaşdırma dilinin “Java”da olmayan xüsusiyyətləri ilə “Java” proqramlaşdırma dilinin “Python”da olmayan xüsusiyyətlərini birləşdirib və nəticə uğurlu olub. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur”, - deyə Elmar Qasımov qeyd edib.

Tələbəsi ilə qürur duyan rektor ona uğurlar arzulayıb.

 

Y.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN